*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994552517700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Sual ver
  Təcili sifariş A+ A-

Kombinəolumuş antiprotozoy, antibakterial və göbələkəleyhinə vaginal şamdır. Qadınlarda uşaqlıq yolunun infeksiyaları zamanı təyin edilir. Uşaqlıq yolunda inkişaf edən bakteriyaları, ibtidailəri və göbələkləri məhv edir. Yarasağaldıcı təsirinə görə uşaqlıq boynunun eroziyasında istifadə olunur. 

Tərkibi:

Metronidazol - 300 mq

Mikonazol nitrat - 100 mq

Neomisin Sulfat - 48,80 mq           

Sentella Asiatica - 15 mq

Polimiksin B sulfat - 4,40 mq 

Farmakoloji xüsusiyyətləri :

Feminity vaginal şamın tərkibindəki metronidazol - antibakterial, antiprotozoy, mikonazol - antifunqal, polimiksin və neomisin - antibiotik və sentella asiatica - selikli qişaya regenerasiya edici təsir göstərir.

Metronidazol 5-nitroimidazol qrupuna aid olub, Gardnerella vaginalis, Trichomonas vaginalis, Giardia intestinalis, anaerob qram müsbət və qram mənfi mikrofloraya qarşı aktivdir. Təsir mexanizmi mikroorqanizmlərin DNT-də nüklein turşularının sintezini ingibə etməsi ilə bağlıdır.

Mikonazol dermatomisetlər, maya və digər patogen göbələklərə qarşı effektiv fungisid təsir göstərərək göbələk membranının erqosterollarının biosintezini pozması ilə əlaqədardır.

Polimiksin polipeptid quruluşlu antibiotik olub, qram mənfi bakteriyalara - Escherichia coli, Shigella spp., Salmonella spp., Pseudomonas aeruginosa  qarşı bakterisid təsir göstərir.

Neomisin aminqlikozidlərin zülal sintezini pozaraq əksər qram mənfi və qram müsbət bakteriyalara - Escherichia coli, Shigella spp., Proteus spp., Staphylococcus aureus, Streptococcus pneumoniae, Mycobacterium tuberculosis qarşı bakterisid təsir göstərir.

Asiya sentellası - aktiv maddəsi olan aziatikozidlər hesabına selikli qişanın epitelizasiyasını sürətləndirir, eroziv nahiyənin sağalmasını tezləşdirir, kollagen və fibroblast hüceyrələrinə regenerativ təsir göstərir, damar divarını möhkəmləndirir, lokal mikrosirkulyasiyanı yaxşılaşdırır.

Göstərişləri:

-Müxtəlif mənşəli spesifik və qeyri-spesifik infeksiyalar (bakterial, göbələk, trixomonas)

-Uşaqlıq yolu və uşaqlıq boynu eroziyası

-Vulvovaginit

-Trixomonas mənşəli vaginit və uretrit

-Vulvovaginal  kandidoz

-Qarışıq vaginal infeksiyalar

-Vaginal disbakterioz və vaginal pH-ın pozulması

-Ginekoloji infeksion-iltihabi halların profilaktikası

-Ginekoloji prosedurlardan öncə

Əks-göstərişləri:

Preparatın tərkibində olan komponentlərə qarşı yüksək həssaslıq. Hamiləliyin birinci trimestri, laktasiya.

İstifadə qaydası və dozalanma rejimi:

6 - 10 gün müddətində hər axşam bir vaginal şam yatmazdan əvvəl uşaqlıq yoluna dərin daxil edilir.

Buraxılış forması: Hər karton qutuda №6 vaginal şamdan ibarət blister.

İstehsalçı: Dr. Lazary - Buenos Aires - Argentina

Azərbaycanda rəsmi distributor:  AZERİMED şirkətidir.

Baxılma sayı: 14663 dəfə
 
SUAL CAVAB
Aydan
Sual: Salam bu sami isdifade etdiyde munasibetde olmaq olar ? Birde her gun 6 gun qoyulmalidi ?
Cavab: Salam Aydan xanım. Siz ilk növbədə həkimə müraciət edin.Şamın istifadə müddəti zamanı münasibətdə olmaq olmaz.Müraciətiniz üçün təşəkkür edirik.
Gulu
Sual: Bu sami hamile qadina yazila bilermi ve istifadesinde usaq her hansi bir zereri ola bilermi???
Cavab: Salam Gulu x. Siz ilk növbede hekiminizle meslehetleşin. Feminity vaginal şamın Əks-göstərişləri: Preparatın tərkibində olan komponentlərə qarşı yüksək həssaslıq. Hamiləliyin birinci trimestri, laktasiya.
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..