Post-Kovid sindromu - yeni
koronavirus infeksiyası (COVİD-19) keçirmənin nəticəsidə yaranır. Bu sindroma həmçinin
“Long Covid” də deyilir. Araşdırmalara
görə bu infeksiyanı keçirmiş xəstələrin 20%-i uzunmüddət Post-Kovid sindromundan
əziyyət çəkir. ÜST-ün məlumatlarına görə bu ən azı 8 həftə və bəzən daha çox
davam edə bilər. Xroniki yorğunluq, dumanlanmış düşüncə, yuxusuzluq, anosmiya
(qoxu hissinin itməsi), əzələ zəifliyi, xroniki xəstəliklərin güclənməsi, saç
tökülməsi, ürək və tənəffüslə bağlı problemlər bunlar yalnız bir neçə postkovid
simptomlarıdır. Post-Kovid simptomların sayı müxtəlif araşdırmalarda müxtəlif
sayda dəyişir. Ən çox yayılanı isə xroniki yorğunluqdur. Bu zaman zəif
konsentrasiya, aydın düşünmə bacarığının azalması müşahidə olunur. Post-Kovid həmçinin
mənəvi cəhətdən də insanlara təsir edir: depressiya, əhval-ruhiyyə dəyişikliyi,
yaddaş pozğunluğu, apatiya, psixoloji və sosial dezadaptasiya və s. ÜST-ün nəticələrinə görə bu sindromdan adətən
orta yaş qrupu insanlar əziyyət çəkirlər və bu simptomların nə qədər davam edəcəyi
barədə heç bir məlumat yoxdur. Simptomlar
çox sayda olduğuna görə həkimlər üçün olan əsas çətinlik doğurdanmı əsas səbəbin
Kovid olduğunu müəyyən etməkdir. Buna görə də xəstəxanadan çıxandan sonra belə
müalicəni davam etdirmək və həkimlə əlaqəni kəsməmək lazımdır. Post-Kovid yeni
bir haldır və hələ ki onu öyrənmək vaxt alacaqdır.