Yuxusuzluq
(insomniya) yaşından asılı olmayaraq hər bir insanın həyatında rastlaşdığı
pozğunluqdur. Sağlam insanda yuxu 6.5-8.5 saat davam edir. Xroniki yuxusuzluq
yaddaş pozğunluğuna, ürək-damar xəstəliklərinin inkişafına, ontogenez
prosesinin və metabolizmin pozulmasına yol açır. O həyat keyfiyyətinin aşağı
düşməsinə səbəb olur, əmək qabiliyyətinə, öyrənmək bacarığına təsir edir,
sosial dezadaptasiyaya gətirib çıxarır. Yuxu pozğunluğunun müalicəsi zamanı
kompleks yanaşma lazımdır. Anamnez toplanmalıdır, yuxu gündəliyi tutulmalı,
laborator analizlərin nəticələrinə diqqət yetirmək lazımdır. Müalicə şərti
olaraq 2 yerə bölünür: dərmanla və dərmansız müalicə. Dərmansız müalicə
metoduna aşağıdakılar aiddir: 1) yuxu gigiyenasına əməl etmək, 2)psixoterapiya,
3)fototerapiya. Dərmanla müalicənin ilkin mərhələsində bitki tərkibli yuxugətirici
preparatlardan istifadə olunur. Həmçinin yuxugətirici vasitə kimi epifiz
hormonu melatonin istifadə oluna bilir. Əyər uzunmüddətli yuxu pozğunluğudursa,
hipnogen effektli dərman vasitələrindən istifadəsi olunur. Həkim nəzarəti
altında pasiyentə kurs müalicəsi yazılır.