Gözyaşı
kanalının tutulması və ya tıxanıqlığı oftalmoloji patologiyadır və göz bəbəyinin
normal təmizlənmə prosesinin, konyuktivanın və buynuz qişanın gözyaşı mayesi ilə
nəmlənməsinin pozulmasıdır. Bu müxtəlif səbəblərdən baş verə bilər: anadangəlmə
inkişaf etməmiş kanallara görə, yaşla əlaqədar olaraq, infeksiya və iltihab,
üzün zədələnməsi və travması, şiş və digər səbəblərdən. Göz yaşı yolları göz
qapaqlarının iç tərəfində 2 dəliklə başlayır, göz yaşı kisəsini əmələ gətirir və
incə bir kanalın köməyilə burun boşluğuna açılır. Gözyaşının vəzifəsi gözü yad
cisimlərdən qorumaq, gözün sağlamlığını qorumaq üçün lazım olan şəffaflığı,
sürüşkənliyi təmin etmək və gözü qidalandırmaqdır. Gözün ön tərəfi davamlı
olaraq gözyaşı ilə yuyulur. Bu yuyulma nəticəsində göz önündə olan zərərli maddələr
əvvəl buruna sonra da boğaza axır. Bu kanallarda olan hər hansı tıxanıqlıq
tutulmaya səbəb olur. Xəstənin ilkin vaxtlar yalnız soyuq havada olan göz
sulanması daha sonra davamlı hala gəlir.
Yenidoğulmuşlarda
bu problem həyatlarının birinci ilində keçib gedir. Lakin bəzən müalicə etmək
lazım gəlir. İlkin üsul dilatasiya, zondlama və yumadır. Dilatasiya kanalın
ehtiyatla genişləndirilməsidir. Əgər bu üsul kömək etməzsə, hekim oftalmoloq
genişləndirici zonddan istifadə edir.
Böyüklərdə
gözyaşı kanalının tutulması və ya tıxanıqlığı daralmanın və ya digər problemlərin
olduğunu göstərir. Müalicənin ilkin etapı yenidoğulmuşlarda olduğu kimidir:
genişləndirmə, zondlama, yuma.
Göz yaşı
kanallarının tutulmasının simptomları:
Sulanan
gözlər və ya həddən artıq göz yaşarması;
Təkrar
infeksiya və iltihablaşma;
Seliyin
yığılması və ya ifrazı;
Gözün
küncündə əmələ gələn ağrı və ya şişkinlik;
Bulanıq
görmə;
Qanlı göz
yaşları;