Düzgün qidalanma uşaq sağlamlığının əsasını təşkil
edir və faydalı təsiri ömrün sonuna qədər davam edir. Uşağa kiçik yaşlarından
sağlam qidalanmanı öyrədərkən ömrünün sonuna qədər qidaya qarşı pozitiv münasibətini
saxlamağa kömək etmiş olursunuz. Belə xeyirli vərdiş yaratmaq üçün müxtəlif
üsullardan istifadə etmək olar:
Xeyirli vərdişlərə
təşviq edin. Uşaqlar yemək prosesi də daxil olmaqla
böyüklərin etdikləri hər bir hərəkəti izləyirlər. Ona görə də sağlam qidalar,
içkilər, qəlyanaltılar qəbul edərək, maraqlı, şən, əyləncəli fiziki aktivliklə
məşğul olaraq siz uşaqlar üçün bir nümunə ola bilərsiniz.
Qida ilə
sağlam münasibət saxlayın. Qidaya sağlam münasibət ömürlük
sağlamlığın saxlanılmasının, diabet, ürək xəstəlikləri, xərçəng kimi xəstəliklərindən
qorunmanın təməlidir. Ona görə də uşaqlara fiziki olaraq ac olduqlarını
anlamaqda kömək edin, çünki bu gələcəkdə öz bədənlərinin tələbatını başa düşməyə
onlara kömək edəcək. Mükafat və ya cəza kimi qidalanmadan istifadə etməkdən vaz
keçin. Çünki bu uşaqlarda qidaya qarşı düzgün münasibətin formalaşmasına mane
olacaqdır. Müəyyən ərzaqlardan birdəfəlik imtina etmək (məsələn: şəkər kimi)
onlara qarşı istək oyadır. Birdəfəlik “yox” demək əvəzinə bu məhsulların
porsiyalarını azaltmaq daha yaxşı effekt verəcək. Meyvənin, tərəvəzlərin
faydası haqqında uşaqlarla müzakirə aparın.
Porsiyaları
kontrol edin. Böyük porsiyalar çəkinin artmasına gətirib
çıxarır, ona görə də uşaqlara boşqabında nə qədər yemək olması ilə bağlı başa
salmaq lazımdır. Bunun üçün yumruq qaydasından istifadə etmək olar, yəni ərzaqları
yumruq ölçüsündə qəbul etmək lazımdır.
Günü
sağlam səhər yeməyi ilə başlayın. Səhər çox
ailə üçün tələsik keçə bilər, lakin günü balanslaşdırılmış qida ilə başlamaq
uşaqlara boyları və inkişafı üçün lazım olan faydalı maddələri, kalsium və lifləri
almağa kömək edəcək.
Hər gün qəbul edilən sağlam qida əyləncəli istirahət
fəaliyyətləri də daxil olmaqla uşağın inkişafına kömək edəcək, sağlamlığını
yaxşılaşdıracaq və onları ömür boyu sağlam, müsbət seçimlər etməyə hazırlayacaq