Akupunktura
- ənənəvi Çin təbabətidir, komplementar və alternativ
təbabət üsullarından biridir. Gündəlik dünyada milyonlarla insan akupunktura
terapiyanın köməyi ilə xəstəliklərinin müalicəsini tapırlar.
Akupunktura terapiyası insan bədənində xüsusi
nöqtələrin stimuləedilməsi ilə aparılan terapiyadır. Bu çox incə iynələrin dəri
altına və daha dərinə yeridilməsi nəticəsində olur. Güman edilir ki, bu nöqtələrin
stimuləedilməsi həyat gücünü yönləndirir. Ənənəvi Çin təbabətində hesab olunur
ki, bütün xəstəliklər həyat gücünün düzgün ötürülməməsi nəticəsində yaranır.
Tibbdə istifadəsi:
Ağrının yüngülləşməsi üçün, əsasən də cərrahi
və stomatoloji prosedurlardan sonra;
Adətən hamiləlikdən, hər hansı cərrahi müdxilədən,
kimyəvi terapiyadan sonra yaranan ürəkbulanma
və qusmanı yüngülləşdirmək üçün;
Asılılıqdan, kapral tunel sindromundan,
fibromialgiyadan, baş ağrılarından, bel nahiyəsində olan ağrılardan, yorğunluq
və oynaq ağrılarından müalicə üçün;
Bu prosedur ağrısız həyata keçir, sadəcə
yüngül iynələnmə hissi yaranır. Akupunktur nöqtələrin stimulyasiyası bu üsulların
köməyi ilə də həyata keçir:
Təzyiq (nöqtəvi masaj);
Lazer şüalanması;
Ultrasəs;
İynəyə tətbiq olunan çox kiçik gərginlikli
elektrik cərəyanı (elektroakupunktura);
Akupunktura bir sıra xəstəliklərin və
simptomların müalicəsində çox effektivdir. Bununla belə ÜST bəzi xəstəliklər: xərçəng
terapiyası simptomları, depressiya, dismenoreya, ağrı, baş ağrısı, hipertoniya,
hamiləlik zamanı bəzi ağırlaşmalar, insultun ağırlaşması zamanı əlavə
araşdırmaların da aparılmasını məsləhət görür.