Su insanın sağlam və gözəl qalması üçün ən
vacib ehtiyaclardan biridir. Son dövrlər insanlar nəmləndirmə üçün daha çox
kosmetik vasitələrdən istifadə etməyə başlayıblar. Müxtəlif üz maskaları, zərdablar
və s. kosmetik vasitələr dərini müvəqqəti olaraq nəmləndirirlər. Dərinin,
ümumiyyətlə orqanizmin sağlamlığının, gözəlliyinin qorunması üçün ən vacib
faktor olan suyu isə unuduruq.
Həyatın əsas elementinin su olduğunu bilsələr
də, insanlar hələ də ondan lazımı miqdarda istifadə etmirlər. Elmi
araşdırmalara görə insan orqanizminə hər gün 50-70% su tələb olunur. Son dövrlərdəki
inkişaf tempinə görə insanlar bəzən öz qeydlərinə qalmağı yaddan çıxarırlar.
Özünün qayğısına qalmaq hər bir insanın əsas prioriteti olmalıdır. Çünki
insanın özünə qayğı göstərməsi şəxsiyyətinin inkişafı ilə birbaşa bağlıdır.
Müasir dövrdə məşğul olduğunuz sənət üçün təhsil və istedadla yanaşı şəxsiyyət
də az əhəmiyyət kəsb etmir.
Dərini sağlam, gözəl, sakit vəziyyətdə
saxlamaq üçün suyun rolunun əhəmiyyətini qiymətləndirmək lazımdır. Bundan başqa
bədənimizdə olan toksik maddələr məhz su ilə orqanizmdən çıxırlar. Bu bizim qan
təzyiqimizi normada saxlamağa kömək edir. Həmçinin su bizim dərimizə sağlam
parlaqlıq verir və teksturanı yaxşılaşdırır. Həzm sistemini gücləndirir,
normaya salır, çapıqları aradan götürür və sızanaqların əmələ gəlməsinin
qarşısını alır.
Bəzi faktları isə yaddan çıxarmaq olmaz:
Su nəinki dərini gözəl və sağlam saxlayır, həmçinin
psoriaz, ekzema kimi dəri xəstəliklərinin də aradan qaldırılmasında kömək olur;
Çox insan keçirdiyi narahat həyat tərzinə görə
batıq gözlər, gözaltı qara kölgələr problümindən əziyyət çəkir. Lakin çoxlu maye qəbul etməklə
bu problemlərin də aradan qalxmasına kömək etmək olar;
Su həmçinin dərinin vaxtından əvvəl
qocalmağının qarşısını alır. Çoxlu su qəbul etmək dərinin nəmlənməsini balansda
saxlayır;