İnsanın normal
bağırsaq mikroflorası orqanizmdə çox vacib funksiyaları yerinə yetirir:
Qoruyucu funksiya. Normal
mikroflora infeksion xəstəliklərə səbəb ola biləcək patogen mikrobların artıb
çoxalmasına mane olur. Bunun üçün bifidobakteriyalar xarici mikroorqanizmləri məhv
edən sirkə və süd turşusu ifraz edirlər. Bundan başqa patogen bakteriyalar
bağırsağın selikli qişasında yerləşə bilmirlər, çünki artıq orda faydalı
mikroorqanizmlər yaşayır.
İmmunitetin əmələ gəlməsi.
Bifidobakteriyalar immun sistemin elementlərinin – antitellərin və həmçinin
immunitetin qorunmasında rol oynayan sitokinlərin və interferonun əmələ gəlməsində
iştirak edirlər.
Həzm. Bağırsaq
mikroflorasının orqanizmləri yağların, zülalların, karbohidratların yağ
turşularına, aminturşulara və monosaxaridlərə parçalanmasında iştirak edirlər.
Həmçinin bağırsaq peristaltikasının güclənməsinə kömək edirlər, bununla da qəbizlik
problemini aradan qaldırırlar.
Toksinlərdən təmizləmə.
Bağırsaq mikroflorasındakı bifidobakteriyalar ağır metalların, fenolların bə
digər toksinlərin birləşmələrini “udmaq” qabiliyyətinə malikdirlər.
Bioloji aktiv maddələrin sintezi.
Bağırsaq mikroflorasındakı bakteriyalar vitaminlərin, bəzi fermentlərin,
hormonların, uçucu yağ turşularının əmələ gəlməsi prosesində iştirak edirlər.
Requləedici funksiya. Normaflora
zülalların, karbohidratların, lipidlərin, steroidlərin mübadiləsində iştirak
edirlər, bağırsağın qaz tərkibini requlə edir, orda lazım olan turşuluğu təmin
edir.
Allergiya əleyhinə təsir.
Bunu adətən laktobakteriyalar edir.
Xərçəngdən müdafiə.
Bifidobakteriyalar xərçəngi yarada biləcək hüceyrələrin qarşısını alır.
Disbakterioz
zamanı bağırsaqda tarazlıq pozulur və orada patogen bakteriyalar məskunlaşır. Nəticədə
bağırsaqda qıcqırma və çürümə prosesləri başlayır. İltihab proseslərinin
başlaması ilə əlaqədar olaraq ishal, ürəkbulanma, meteorizm, ağrı yaranır.
Disbakterioz müxtəlif xəstəliklərin, o cümlədən də xərçəng xəstəlikləyinin
simptomu ola bilər. Vaxtında həkimə müraciət etmək müxtəlif ağırlaşmaların
qarşısını ala bilər və xəstəliklərin xroniki hala keçməsinin önünə keçə bilər.