İnsan həyatı boyunca dəfələrlə yüksək
temperatur ilə qarşılaşır. Çox vaxt bu soyuqdəymə və ya qriplə bağlı olur. Bəzən
isə temperatur yüksəkliyi digər səbəblərdən də qalxa bilir, bəzən də səbəbsiz
yerə baş verir. Bəs hərarətin qalxmasına səbəb nədir?
Buna səbəb pirogen maddələrdir. Pirogen maddələr
müxtəlif mənşəli olub orqanizmə ya xaricdən düşürlər ya da leykositlərin
parçalanması nəticəsində bədəndə yaranırlar. Bildiyimiz kimi leykositlər immun
sistemin hüceyrələridir. İmmun sistemi xəstəliklərlə mübarizə aparmağa
başladıqda leykositlərin qanda miqdarı artır. Ona görə temperatur yüksələrkən
orqanizm xəstəliklərlə mübarizə aparır. Temperaturun yüksəlməsi səbəbləri:
Infeksiyalar;
Parazit xəstəlikləri;
Autoimmun xəstəliklər;
Endokrin patologiyalar;
Onkoloji xəstəliklər;
Dəmirçatmamazlığı anemiyası;
Allergiya;
Zöhrəvi xəstəliklər;
Orqanizmə xaricdən fiziki təsir;
Ümumiyyətlə normal insan temperaturu heç də həmişə
36.6 olmalı deyil. Adətən o 35.5 və 37 dərəcələr arasında dəyişə bilir. Bundan
başqa hər bir insan individualdır. Biri üçün 35 dərəcə normaldırsa, digəri üçün
bu 37.5 dərəcə ola bilər. Daha sonra temperatur göstəricisi gün ərzində də dəyişə
bilər. Səhər olan hərarət axşamdan 1 dərəcə
fərq edə bilər. Çox insan yüksək temperaturun insan orqanizminə təhlükəli
olduğunu düşünür. Lakin büyüklər kəskin infeksiyanın yaratdığı yüksək hərarəti
(38 –dən 40 – a qədər) rahat keçirə bilərlər. 41 dərəcədən yuxarı isə qorxulu
temperatur hesab olunur. Bu adətən ağır hipertermiya üçün xarakterikdir.
Neyroleptiklərdən, anesteziyaedici maddələrdən, qanunsuz preparatlardan istifadə
zamanı temperaturun belə artması baş verə bilər. Bu tempertur zamanı zülalın
denaturasiyası baş verir və iltihablı sitokinlər azad olur. Nəticədə də hüceyrə
disfunksiyası yaranır.
Xəstənin yüksək hərarəti olarkən həkim ilkin
olaraq əlavə hansı simptomların olmasına diqqət yetirir: başağrı, öskürək və s.
Daha sonra xəstənin kəskin və ya xroniki xəstəliyi olması dəqiqləşdirilir. Bu
simptomlar, xəstəliyin kəskin və ya xroniki olması həkimə diaqnoz qoymaq üçün
mövcud olan səbəblər diapazonunu daraltmağa kömək edir.