Boğaz
ağrısı ən geniş yayılmış problemlərdən biridir. Statistikaya görə yay aylarında həkimə müraciət edən hər üç
pasiyentdən biri məhz boğaz ağrısından şikayətlənir. Kəskin boğaz
ağrısının əsas səbəbi virus və ya bakterial infeksiyadır. İnfeksiya çox vaxt
ümumi əlamətlərlə müşayiət olunur: yüksək hərarət, zökəm, halsızlıq,
iştahasızlıq və s.
Bir neçə onillik bundan əvvəl insanlar angina ilə əsasən
payız, qış və ya yazın əvvəlində xəstələnirdilər. İndi həkimlər daha tez-tez
onu yay xəstəliyi adlandırırlar.
Anginanın əsas yaranma səbəbləri. Xəstə insanlarla
ünsiyyət zamanı angina törədiciləri orqanizmimizə daxil ola bilir. Belə adətən
qışda olur. Yayda xəstəliyin yaranması çox vaxtı başqa ssenari ilə həyata keçir
– öz mikroblarımız aktivləşir. Mikroblar normada hər bir insanın dəri və
selikli qişalarında yaşayır. Lakin, immunitet güclü olana qədər onlar özlərini
heç cür biruzə vermirlər. Orqanizmin müdafiəsi zəiflədiyi halda mikroblar sürətlə
çoxalmağa başlayırlar. Yay mövsümündə anginadan qorunmaq daha asandır. Əsas
odur ki, immunitetin tükənməsinə yol verilməməsin və əsas risk faktorları aradan
qaldırılsın.
İstidən soyuğa... İndi hər bir müəssisədə,
avtomobildə kondisionerlər var. Bu çox rahatdır, lakin əfsuslar olsun ki, bu
cür komfortu angina ilə ödəmək məcburiyyətindəyik. Temperatur fərqinin 10 dərəcədən
çox olması orqanizm üçün böyük bir stress faktorudur. İlk növbədə immunitet zəifləyir
və orqanizmin infeksiya törədiciləri ilə mübarizəsi çətinləşir.
Dondurma və soyuq içkilər... Yay aylarında
anginanın əsas səbəblərindən biri - soyuq içkilərdən, dondurmadan sui-istifadədir.
Boğazın selikli qişasının kəskin şəkildə soyuması lokal müdafiənin azalmasına gətirib
çıxarır və zərərli mikrobların sürətlə çoxalması üçün əla füsət yaranır.
Təhlükəli Günəş... Orta dozalarda ultrabənövşəyi
şüa orqanizmə faydalı təsir göstərir. Amma günəş vannalarından süi-istifadə əhəmiyyətli
dərəcədə immuniteti zəiflədir.
Anginadan
necə qorunmaq olar? Kondisioneri bir
başa var gücü ilə işlətməyin. Əvvəlcə 24-26 ° C temperaturuna qoyun, sonra da tədricən
azaldın. Soyuq içkilərdən qaçmağa çalışın. Günəş şüaları qəbuletmə qaydalarına
riayət edin.
Bütün bunlara baxmayaraq əgər boğaz ağrısı və ya
angina yaranıbsa, dərhal antibiotik və s qəbul etməyə tələsməyin. İlk növbədə
yerli istifadə üçün vasitələrdən istifadə olunmalıdır. Müxtəlif boğaz spreyləri,
sorma tabletlər, pastillərdən yaralanmaq olar. Boğazda olan iltihabı, qizartı və
şişkinliyi, boğaz ağrısını tez aradan qaldırmaq üçün Agisept istifadə etməyiniz
tövsiyyə olunur.
Agisept sorma pastilləri, ağız boşluğu və udlaq
nahiyəsinin yüngül infeksiyası və iltihabı zamanı yerli, keçici simptomatik yüngülləşməyə
səbəb olur. Boğaz ağrısını sakitləşdirir və aradan qaldırır,
infeksiya ilə mübarizə aparır, iltihab əlamətlərini söndürür. İki müxtəlif dada
malik sorma pastillər – bal və limon, mentol və evkalipt, rahat istifadə
qaydasına malikdirlər, tez və effektiv təsir göstərirlər.
Oxuduğunuz məqalənin əsas mövzusu olan
xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir
mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və
gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə
saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya
bilərsiniz.
Mobil tətbiq aptekonline.az.