Bağırsaq mikroflorası və sağlamlıq.
Bağırsaq florası, sağlam və
funksional həzm sistemi üçün əsas rol
oynayır.
Gündəlik iş və
problemlər axınında biz bəzən sağlamlığımızın
qayğısını çəkməyi unuduruq . Düzgün olmayan və qeyri-rasional
qidalanma, yağlı, şirin, konservləşdirilmiş, rafinəolunmuş qidaların
çox qəbul edilməsi, həmçinin qəbul edilən qidaların
tərkibində süd məhsullarının və bitki liflərinin
kifayət miqdarda olmaması bağırsağın mikroflorasına
çox pis təsir edir. Kəskin pəhrizlər də
bağırsaq florasına xeyli dərəcədə zərər vurur. Həmçinin
mədə-bağırsaq sisteminin kəskin və xroniki
xəstəlikləri (xolesistit, hepatit, pankreatit, qastrit, mədə və onikibarmaq
bağırsağın xora xəstəliyi, digər bağırsaq xəstəlikləri), alkoqollu
içkilərin qəbul edilməsi, tez-tez baş verən
streslər, nəzarətsiz olaraq güclü antibiotiklərin
qəbul edilməsi , bağırsaq qurdlarının (helmintlərin)
və infeksiya törədən mikrobların (dizenteriya, salmonellyoz
və s.) olması, immunitetin zəifləməsi, ekoloji mühitin
pisləşməsi, kimyəvi və radioloji terapiya, endokrin xəstəliklər,
metabolik dəyişikliklər, sutkalıq bioritmlərin pozulması, bağırsaq
motorikasının pozulması və
Bağırsaq mikroflorasının
tərkib və miqdarının pozulmasına gətirib çıxarır.
Bunların hamısı xeyirli (normal) mikrobların məhv olmasına səbəb
olur.
Bu zaman
faydalı bakteriyaların sayı azalır, xəstəlik törədən
mikroorqanizmlərin miqdarı isə artır. İnsan
orqanizminin mikrob disbalansının pozulması
disbakterioza səbəb olur.
Bağırsaq disbakteriozu 21-ci əsrin
əsas sosial problemlərindən biri hesab olunur.
Mütəxəssislərin hesablamalarına görə Yer kürəsinin
böyük yaşda olan əhalisinin təxminən 90%-i
bu xəstəliyə düçar olmuşdur. Disbakteriozun səbəbləri arasında
antibiotikləin uzunmüddətli, qeyri-rasional tətbiqi, ətraf mühitin
əlverişsiz amillərinin təsiri xüsusi yer tutur. Disbakteriozun
əlamətlərinə: İshal ( diareya), çəkinin günü-gündən azalması,
anemiya (qan azlığı), iştahasızlıq, qarında köp, ağızda xoşagəlməz dad,
ürəkbulanma, saçların tökülməsi, aqressivlik, tez yorulma aiddir.
Disbakteriozlar zamanı orqanizm üçün vacib hesab
edilən qida maddələrinin həzm edilməsi və sorulması prosesi pozulur. Bunun da
nəticəsində anemiya, hipovitaminozlar (vitaminlərin çatışmazlığı), vacib
mikroelementlərin kifayət qədər mənimsənilməməsi baş verir (məsələn, kalsium
çatışmazlığı nəticəsində uşaqlarda – raxit, boy inkişafının ləngiməsi,
böyüklərdə osteoparoz – sümüklərin kövrəkliyi baş verir).
Sağlam orqanizm üçün əvvəlcə həzm sisteminin
fəaliyyətini normallaşdırmaq lazımdır. Bağırsaq sağlamlığı üçün
vücuddakı faydalı - normal bakteriyaların sayını artırmalı, liflərlə zəngin
qidalara üstünlük verilməlidir. Bağırsaqlar işləyərkən normal
mikrofloramız xəstəlik törədən bakteriya, virus və onların toksinlərinin, ağır
metal kimi bir çox zərərli maddələrin
təsirinə məruz qalır. Bunun üçün bağırsaqları gücləndirməliyik.
Bağırsaq disbakteriozunun profilaktik tədbirlərinə düzgün
qidalanma, qida rasionun zəruri maddələrlə zənginləşdirilməsi (süd
məhsulları, bifido- və asidofil bakteriyalardan ibarət maddələr, mayalı içkilər
və s.) aiddir. Qidalanma orqanizmə lazım olan maddələrin, vitamin və
mineralların tərkibi üzrə balanslaşdırılmalıdır.
Bağırsaq disbakteriozu əksərən
antibakterial təsirli dərman preparatlarının
qəbulu nəticəsində yarandığından belə hallarda
profilaktika məqsədilə farmakoloji vasitələr rasional qaydada təyin
olunmalı, infeksiyaların müalicəsinə kompleks yanaşılmalıdır.
Uzunmüddətli antibiotikoterapiya zamanı zəruri
bakteriyalarla zəngin məhsullardan ibarət pəhriz,
göbələkəleyhinə, antihistamin və immunostimuləedici
terapiya tətbiq edilir. Disbakteriozun müalicəsinə
tərkibində həm mikroorqanizmlər, həm də onların inkişafı üçün zəruri olan
komponentlər, faydalı floranın böyümə və çoxalmasını təmin
edən maddələr və mikroorqanizmlərin canlı
kulturalarından ibarət preparatlar daxil edilməlidir. Bu
məqsədlə tərkibində normal mikroflora olan probiotik, onların qilanması üçün
maddələr olar prebiotik və hər ikisi bir yerdə olan simbiotik qrup
preparatlardan istifadə olunur. Apteklərdə bu qruplara aid çoxlu sayda preparat
vardır. Lakin heç bir vasitəni həkim təyinatı olmadan qəbul etmək olmaz.
Həkiminiz sizin orqanizminizə, yaş qrupuna, yanaşı xəstəliklərə və şikayətlərə
əsasən sizə uyğun olan preparatı tövsiyyə edəcəkdir.
Unutmayın, sağlamlıq bağırsaqdan
başlayır.Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən
elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə
olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan
xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir
mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və
gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə
saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.