Spazm - əzələlərin və ya əzələ qruplarının
anidən, qısamüddətli, qeyri-ixtiyari və adətən ağrılı yığılmasıdır. Əzələ
spazmları sinir sisteminin funksiyasının pozulmasının simptomu ola bilər. Əzələ
spazmlarının səbəbləri arasına gecə vaxtı səbəbsiz baş verən ayaqların xoşxassəli
əzəli spazmı, idman məşqləri zamanı baş verən əzələ spazmları aiddir. Əzələ
spazmları adətən yaşlı və orta yaşlı insanlarda olur, bəzən isə cavan adamlarda
da ola bilər. İdman məşqləri zamanı və ya sadəcə istirahət zamanı da baş verə
bilər. Gecələr baş verən qıcolmalar adətən baldır və pəncənin əzələlərinin
yığılmasına səbəb olur. Bu zaman ayaq barmaqlarının, və pəncənin aşağı
yığılmasına səbəb olur. Lakin bu qıcolmalar çox ciddi sayılmırlar ona görə
xoşxassəli əzələ spazmları adlanırlar.
Hər insanda əzələ spazmı baş versə də, bəzi şərtlər
bu vəziyyəti çətinləşdirə bilər. Bura aiddir:
Baldır əzələlərinin ayaqlara ödem yığılması və
ya az fiziki aktivliklə məşğul olma nəticəsində olan gərginliyi;
Susuzluq;
Qanda elektrolitlərin aşağı səviyyədə olması
(kalium, maqnezium və ya kalsium);
Sinirlərin xəstəliyi;
Qalxanabənzər vəzin aktivliyinin azalması
(hipotireoz);
Bəzi preparatların qəbulu;
Nə zaman həkimə müraciət etmək mütləqdir? Aşağıdakı
simptomları müşahidə edirsizsə, bu ciddi bir xəstəliyə siqnal ola bilər:
Spazm əllərdə və ya bədəndə baş verirsə;
Əzələ səyirmələri;
Alkoqolizm;
Zəiflik;
Diuretiklərin istifadəsində və ya maye itirməsindən
sonra baş verən qıcolmalar;
Spazm vaxtı olan ağrı və ya həssaslığın itməsi;
Əgər əllərdə və ya bədəndə spazmlar baş verirsə
və ya əzələ səyirmələri olursa, bu zaman səbəb elektrolitlərin aşağı səviyyəsi və
ya hormonal pozğunluqlar, D vitamininin defisiti, maye itirilməsinə gətirib
çıxaran xəstəliklər ola bilər. Hamiləliyin son həftələrində də elektrolitlərin
səviyyəsi düşə bilər. Bəzən dializ zamanı çox miqdar mayenin birdən bədənə qəbulu
zamanı da əzələ spazmı baş verir. Əzələ spazmlarının baş verməməsi üçün isə profilaktik
tədbirlər görmək lazımdır.