Anemiya
eritrositlərin səviyyəsinin və ya onlardakı hemoqlobinin konsentrasiyasının
azalması ilə xarakterizə olunan vəziyyətdir. Hemoqlobin orqanlara oksigenin
çatdırılmasında iştirak edir. Qanazlığına əsas səbəb dəmir çatmamazlığıdır. Digər
vacib səbəblərdən biri də fol turşusunun, B12, A vitaminin çatmamazlığıdır.
Anemiya sağlamlıq vəziyyətinin pis olduğunu, düzgün qidalanma sisteminin
olmadığını, xroniki xəstəliklərin olduğunu göstərir. Qanazlığından adətən 8
yaşa kimi uşaqlar və hamilələr əziyyət çəkir. Anemiya çox sayda simptomlar
yarada bilər: xroniki yorğunluq, apatiya, halsızlıq, baş gicəllənməsi,
yuxululuq, saç tökülməsi, dırnaqların tez qırılması və s. Uşaqlar və hamilə
qadınlar daha həssas olduqlarına görə onlar üçün ölüm riski daha yüksəkdir.
Anemiya böyüklərdə iş qabiliyyətinin itirilməsinə, uşaqlarda isə fiziki,
koqnitiv inkişafın ləngiməsinə, dərs qabiliyyətinin aşağı düşməsinə, çəkinin
azalmasına səbəb olur. Dəmirçatmamazlığı anemiyası ən çox yayılmış formadır və qida
rasionunun dəyişməsi ilə orqanizm daha tez bərpa olur. Digər anemiya formaları
isə dərmanla müalicə ilə bərpa oluna bilirlər.