Əhval-ruhiyyənin qalxması. Günəş şüaları təbii şəkildə
orqanizmimizdə serotonin hormonunun səviyyəsini qaldırır. Serotonin hormonunun
qalxması depressiyanın, həyəcan və affektiv sezon pozğunluqlarının qarşısını
almağa kömək edir. Açıq havada məşqlərdən sonra yaranan endorfin isə özümüzü daha
yaxşı hiss etməyə kömək edir. Yuxu. Günəş
işığı həmçinin yuxu tsiklini də tənzimləməyə yardımçı olur. İşıq şüaları yuxu hormonu olan melatoninin əmələ gəlməsinin
qarşısını alır. Hətta bir neçə dəqiqəlik gün işığı sizi özünüzü gümrah hiss etməyə
səbəb olacaqdır. Əyər siz yuxusuzluqdan əziyyət çəkirsinizsə, deməli yüksək səviyyədə
narahatlıq duyursunuz. Açıq havada olmaq isə stresi azaldır və yuxusuz gecələrdən
azad olmağa imkan verir. Kalori
yandırmaq. Araşdırmalar göstərir ki, açıq havada edilən məşqlər zamanı
qapalı məkandakına nisbətən 10% çox kalori yanır. Çünki açıq havada məşq edərkən
beynimiz müxtəlif qıcıqlandırıcıların təsirinə məruz qalır ki, bu da məşq
yorğunluğunu azaldır və ağrıdan insanın diqqətini yayındırır. Həmçinin təbiətdə
olarkən insanlar daha üzün müddət idman edirlər. Stresi azaldır. Təbiətdə vaxt keçirərkən kortizolun səviyyəsi və arterial təzyiq aşağı
düşür, ona görə də insan özümü rahatlamış hiss edir. Kortizol stress
hormonudur, qan təzyiqini tənzimləyir, iltihabı azaldır, qanda şəkərin səviyyəsini
qaldırır. Əyər güclü stress keçirirsinizsə, yüksək qan təzyiqindən əziyyət çəkirsinizsə,
gündəlik açıq havada gəzmək çox kömək olacaqdır.