Günəşdən qoruyucu krem seçərkən ilk növbədə
SPF qorumanın olmağına diqqət yetiririk. Çünki məhz SPF - qoruma dərini günəş
yanığından qoruyur.
SPF –
qoruma (Sun Protection Factor) - UB şüalanmadan qoruma faktoru nə qədər yüksək olarsa, qoruma bir o
qədər yüksək olar. UB şüalanmadan qorunmaq üçün müxtəlif günəşdən qoruyucu
vasitələrdən istifadə etmək lazımdır. Tərkibində SPF olan kosmetika güzgü kimi
günəş şüalarını əks etdirir və onların dağıdıcı təsirlərinin qarşısını alır.
Bundan başqa nəinki günəş yanığının , həmçinin digər arzuolunmaz nəticələrin də
qarşısını alır:
Fotoqocalmanın;
Allergik dermatitin əmələ gəlməsinin;
Günəş yanığının əmələ gəlməsinin;
Bədxassəli dəyişikliklərin inkişafının;
Dərinin açıq hissələrini, əsasən də üz dərisini
ultra bənövşəyi süalanmadan il boyunca qorumaq lazımdır. Kosmetoloqların gəldikləri
fikrə görə 70% hallarda dəri UB şüaların təsiri nəticəsində qocalır. Şüalar dərinin
daha dərin qatlarına – dermaya daxil
olub kollagen liflərinə dağıdıcı təsir göstərən sərbəst radikallar əmələ gətirirlər.
Günəş şüalarından qorunma dərəcəsi SPF abbreviaturasının yanında yazılan rəqəmlərlə
müəyyən edilir:
SPF 10 – 90% günəş şüalarından qoruyur;
SPF 15 – 93% günəş şüalarından qoruyur;
SPF 30 – 97%
günəş şüalarından qoruyur;
SPF 50 (+) – 98% günəş şüalarından qoruyur;
SPF 100 – 99% günəş şüalarından qoruyur;
Dəriyə uyğun günəşdən qoruyucu vasitə seçərkən
ilk növbədə dərinin fototipini müəyyənləşdirin. Daha sonra digər xüsusiyyətlərinə
diqqət yetirmək lazımdır: nəmləndirməsi, qidalanması, dərini matlaşdırması və
s.
İlk baxışda günəşdən qoruyucu kremlərdən
istifadədə heç bir çətinliyin olmadığı düşünülə bilər, lakin burda da bir sıra
nüanslara diqqət etmək lazımdır: SPF kremi küçəyə çıxmamışdan 15-20 dəq. əvvəl
vurmaq lazımdır ki, dəriyə hopub qoruyucu qat əmələ gətirə bilsin. Qoruyucu
kremi dərinin bütün görünən hissələrinə vurmaq lazımdır dodaqlar, qulaqlar,
boyun nahiyəsi, əllər, saçda dərinin görünən hissəsinə və s. Hər iki saatdan
bir SPF vasitəni təzələmək lazımdır. Əgər çimərlikdəsinizsə, hər yuyunmadan
sonra yenidən vurmaq lazımdır. Günün sonunda vasitənin qalıqlarını yumaq mütləqdir.